Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:43

ABŞ, Böyük Britaniya və Türkiyədən dəstək


Amos Hochstein
Amos Hochstein

-

ABŞ «Cənub Qaz Dəhlizi» layihəsini dəstəkləməkdə davam edəcək.

ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hochstein «Cənub Qaz Dəhlizi» layihəsinin Məşvərət Şurasının toplantısında belə deyib.

APA-nın xəbərinə görə, A.Hochstein enerji təhlükəsizliyi sahəsində mövcud çətinliklərdən və onların aradan qaldırılması yollarından danışıb. O, ABŞ-ın «Cənub Qaz Dəhlizi» layihəsini dəstəkləməkdə davam edəcəyini diqqətə çatdırıb.

Böyük Britaniyanın Enerji və İqlim Dəyişikliyi Nazirliyinin beynəlxalq enerji departamentinin baş direktoru Edmund Hosker və Türkiyənin enerji və təbii ehtiyatlar naziri Berat Albayrak da öz ölkələrinin bu layihəyə dəstəklərini ifadə ediblər.

«Cənub Qaz Dəhlizi» «Şahdəniz-2» çərçivəsində hasil edilən qazın 3500 kilometr məsafə qət edərək Xəzər dənizindən Avropaya nəqlini nəzərdə tutur.

XS
SM
MD
LG