-
«Sarı Gəlin-XX əsr Azərbaycan Ədəbiyyatından seçmələr-Musiqili hekayətlər» adlı kitab nəşr olunub.
Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, bu qurumun dəstəyi ilə 2 dildə-Azərbaycan və ingilis dillərində çıxan kitabın tərtibçi redaktoru və ideya müəllifi Səlim Babullaoğludur.
Tərcümələr Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində hazırlanıb.
«Musiqili hekayətlər» kitabına Azərbaycanın XX əsr klassiklərinin və müasirlərin əsərləri ilə yanaşı, musiqi alətləri-tar, kamança, saz, balaban, ud və tütək haqqında sənətşünas Ziyadxan Əliyevin məqalələri daxil edilib.
Kitabda insan həyatının musiqidə necə əks olunduğu göstərilib.
«Şərq-Qərb» nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap olunan kitab nazirliyin tabeçiliyində olan kütləvi kitabxanalara və digər qurumlara paylanılacaq.