İstanbulda polisə hücum edən 2 qadın öldürüldü
İstanbulun ətrafında, polis məntəqəsi qabağında polis maşınına hücum edən iki qadın güllələnib.
CNN Türkün məlumatına görə insident martın 3-də baş verib.
Avtobus polis məntəqəsinə yaxınlaşanda qadınlardan biri əl qumbarası atmışdı, ikincisi isə atəş açmağa başlamışdı.
Ragozin qəfil niyə gəlib?
"Kommersant" qəzeti: “Sifariş etdikləri texnika hazırlanıb və gətirilib. Lakin hələlik limanda dayanıb."
Rusiya baş nazirinin müavini Dmitri Roqozinin Azərbaycana qəfil səfəri ilə bağlı mətbuatda müxtəlif fikir və mülahizələr səslənir. Onun prezident İlham Əliyevlə danışıqlar aparacağı bildirilir.
“Turan” Rusiyanın “Kommersant” qəzetinə istinadən bildirir ki, “Enerji resurslarının qiymətinin enməsi ilə əlaqədar Bakı öncə bağlanmış silah müqavilələrinə görə ödəniş edə bilmir. Azərbaycan tərəfinin Rusiyanın Ermənistana silah göndərməsi məsələsini də qaldıracağı istisna olunmur”
Neftin qara üzü
Ramana kəndinin sakinləri deyir, neft baha da, ucuz da olanda onun ancaq bir üzünü görüblər.
Ramanadan reportaj axşam AzadlıqLive-da Radioda.