Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:21

Ağsu aşırımında sürüşmə davam edir


Foto illüstrasiya
Foto illüstrasiya

-

«Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun Ağsu aşırımının girişi tökmə torpaqdır. Atmosfer yağıntılarının təsirindən torpaq doyub, sürüşmə baş verib və yol çöküb».

Bunu APA-ya ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

O qeyd edib ki, sürüşmə hələ tam sabitləşməyib. Hazırda yola ağır tonnajlı avtomobillər buraxılmır: «Aidiyyəti qurumlar tərəfindən ərazidə iş aparılır. Yenidən torpaq tökülüb, ərazidə bərkitmə işləri aparılmalıdır. Ümumiyyətlə, Muğanlı-İsmayıllı avtomobil yolu, Şərədil kəndi sürüşməyə meylli ərazilərdir. Orada daima sürüşmə baş verir».

Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun Şərədil kəndi ərazisindən keçən hissəsində keçən həftəsonu torpaq sürüşməsi baş verib. Torpaq sürüşməsi zamanı yolun bir hərəkət zolağı tamamilə dağılaraq yararsız hala düşüb. Yolun digər hərəkət zolağında da böyük çatlar və çöküntü əmələ gəlib. İndi kiçik nəqliyyat vasitələrinin də gediş-gəlişi çətinləşib.

XS
SM
MD
LG