Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:11

Əliyev Cənub Qaz Dəhlizi toplantısına qatılıb


İlham Əliyev
İlham Əliyev

-

Bakıda «Cənub Qaz Dəhlizi» Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısı başlayıb.

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev toplantıda iştirak edir.

«Cənub Qaz Dəhlizi»nin iştirakçı ölkələrinin energetika nazirləri, Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroš Šefčovič, ABŞ Dövlət Departamentinin enerji ehtiyatları bürosunun xüsusi nümayəndəsi və əlaqələndiricisi Amos Hochstein də iclas iştirakçılarındandır.

İclas çərçivəsində üç plenar sessiya və «dəyirmi masa» keçiriləcək.

Sonda Azərbaycanın energetika naziri Natiq Əliyev və Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroš Šefčovič mətbuata bəyanatlar verəcəklər.

«Cənub Qaz Dəhlizi» «Şahdəniz-2» çərçivəsində hasil edilən qazın 3500 kilometr məsafə qət edərək Xəzər dənizindən Avropaya nəqlini nəzərdə tutur.

Bu layihədə əsasən Azərbaycan, Türkiyə, Gürcüstan, Yunanıstan, Albaniya, İtaliya və Bolqarıstan iştirak edir.

XS
SM
MD
LG