Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 08:27

'İnvestor üçün əsas hüququnun müdafiəsidir'


Vyana
Vyana

-

Avstriyanın Azərbaycandakı səfiri Axel Wech «Caspian Energy International Media Group»un prezidenti Natalya Əliyevanı qəbul edib.

«Report» xəbər verir ki, A.Wech görüşdə bildirib ki, Cənub Qaz Dəhlizi (CQD) Avropa Birliyi üçün strateji layihədir: «Təəssüf ki, Azərbaycana yatırılan Avstriya investisiyalarının həcmi o qədər də böyük deyil. Mən hesab edirəm ki, investorlar üçün ən əsası onların hüquqlarının müdafiəsidir».

Səfir daha sonra deyib: «Azərbaycan öz iqtisadiyyatını şaxələndirməlidir. Məsələn, ölkənizin Avstriyaya ixracat üzrə ticarət dövriyyəsinin müsbət saldosu var. Amma bu saldonun əsasını, bir qayda olaraq, neft-qaz resursları təşkil edir. Neft və qaz ixracatı ölkələrimiz arasındakı ticarət dövriyyəsinin 92 faizini təşkil edir. Əsas diqqəti qeyri-neft sektoruna, məsələn, kənd təsərrüfatına yönəltmək lazımdır. Avstriyanın bir çox şirkətləri Azərbaycanda müxtəlif layihələrdə iştirak edir. Danışıqlar apardığım şirkətlərin əksəriyyəti Azərbaycandakı fəaliyyətlərini davam etdirmək istədiklərini bildiriblər. Dünyada hökm sürən böhrana baxmayaraq, şirkətlərin burada qalmaq istəmələri, fikrimcə, çox yaxşı göstəricidir. Biz kənd təsərrüfatı, turizm, inşaat, ekoloji və infrastruktur sektorları üzrə əməkdaşlıqda maraqlıyıq».

Səfirin deməsinə görə, iyun ayında Azərbaycana Avstriyanın kənd təsərrüfatı nazirinin səfəri gözlənilir. Bundan başqa, bu il Avstriya-Azərbaycan yeni parlament dostluq və əməkdaşlıq qrupu Bakıya səfər edəcək.

XS
SM
MD
LG