Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:35

Gürcüstanla ticarətdə 33 faiz azalma var


Gürcüstanda maşın bazarı
Gürcüstanda maşın bazarı

-

Azərbaycan Gürcüstanın xarici ticarət tərəfdaşları arasında 10.1 faiz pay ilə üçüncü yeri tutur.

«Report» xəbəri Gürcüstanın Milli Statistika Xidməti «Sakstat»ın sənədlərinə isnadən yayıb.

2016-cı ilin yanvarında Gürcüstanla xarici ticarət dövriyyəsi 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz azalıb. Bu, 53.3 milyon dollar təşkil edib.

Hesabat dövründə Gürcüstandan Azərbaycana ixrac həcmi 87 faiz azalaraq 3.8 milyon dollar olub. Azərbaycana 577 min dollar həcmində minik avtomobili ixrac olunub. Bu da 2015-ci ilin yanvar ayı ilə müqayisədə 13.1 milyon dollar azdır.

Yanvar ayı ərzində ötən ilin eyni dövrünə nisbətdə Azərbaycandan Gürcüstana ixrac da 2.2 dəfə azalıb. 49.5 milyon dollar və ya Gürcüstanın ümumi idxal həcminin 12.2 faizini təşkil edib.

Göstərilən dövrdə Gürcüstan Azərbaycandan 3.7 milyon dollar dəyərində 13.3 min ton neft və neft məhsulları alıb. Bu da ötən ilin yanvarına nisbətdə 3 milyon dollar azdır.

XS
SM
MD
LG