Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:10

Kadyrova dəstək haştaqı #ramzanneuxodi


Ramzan Kadyrov
Ramzan Kadyrov

-

İnternet istifadəçiləri Çeçenistan prezidenti Ramzan Kadyrova dəstək haştaqı yaradıblar. #ramzanneuxodi haştaqı altında onun istefa vermək istəyinə qarşı çıxanlar deyirlər ki, Ramzan Kadyrov prezident postunu tərk edə bilməz.

Çeçen Gənclər Təşkilatının sədri Rustam Tapayev “Qovorit Moskva” radisouna deyib ki, onlar Kadyrovun onu dəstəkləyən mitinq və aksiyaları istəmədiyi üçün interneti alternativ yol seçiblər. Onun sözlərinə görə, bununla Kadyrovu çeçen xalqının və bütün rusiyalıların dəstəklədiyini göstərəcəklər.

Fevralın 27-də Kadyrov istefa verməyə hazır olduğunu bəyan etmişdi. O, respublikanı 2007-ci ildən idarə edir və martda onun səlahiyyət müddəti bitir. Fevralın 23-də müxalif İlya Yashin Kadyrovun fəaliyyətinin Rusiyanın milli təhlükəsizliyinə təhdid adlandırdığı hesabatı təqdim edib.

XS
SM
MD
LG