Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:46

Sərdar Həmidovun halı pisləşib


-

Tərtər özünümüdafiə batalyonunun sabiq komandiri, əvvəllər bu rayonunun icra başçısı işləmiş Sərdar Həmidov ağır durumdadır. Bu barədə Müsavat.com-a onun oğlu Şəhriyar Məcidzadə məlumat verdi:

“Səhər saatlarında qəfildən halı pisləşdi, huşunu itirdi. Ağır vəziyyətdə 1 saylı Mərkəzi Kliniki Xəstəxanaya ("Semaşko"-red.) yerləşdirmişik. Durumu son dərəcə ağırdır, reanimasiyadadır”.

Sərdar Həmidov birinci Qarabağ savaşında bir neçə güllə yarası alıb, ağciyərinin bir hissəsini itirib. Uzun illərdir o, yuxarı tənəffüs yolları xəstəliyindən, hipertoniyadan və diabetdən əziyyət çəkir. Əbülfəz Elçibəyin hakimiyyəti dövrü icra başçısı işləyən Həmidov 10 ilə yaxın həbsxana həyatı yaşayıb.

O, 2004-cü ildə Azərbaycan prezidentinin imzaladığı əfv fərmanı ilə azadlığa çıxıb. Sərdar Həmidov keçmiş daxili İşlər Naziri İsgəndər Həmidovun qardaşıdır.

XS
SM
MD
LG