Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:01

Mina təhlükəsizliyi seminarı keçiriləcək


arxiv foto
arxiv foto

-

Aprelin 4-dən 8-nə kimi Azərbaycanda mina aksiyası üzrə sahə seminarı keçiriləcək. Tədbir Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Gününə həsr olunur.

Seminarda məqsəd iştirakçıları bu sahədə qəbul olunmuş qanunvericilik və normalarla tanış etməkdir. Habelə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) ilə mina təhlükəsinə dair maarifləndirmə və zərərçəkənlərə yardım sahələrində təcrübə mübadiləsi aparmaqdır.

AzərTac-ın ANAMA-ya istinadən verdiyi məlumata görə, seminarda Belarus, Estoniya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Monqolustan, Rusiya, Tacikistan, Ukrayna və Özbəkistandan nümayəndələr iştirak edəcəklər.

Təşkilatçı ANAMA, Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzi (GİCHD) Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə Əməkdaşlıq Proqramıdır (EECCA-OP).

Dörd gün davam edəcək seminarın 2 günü Bakıda keçiriləcək. Sonrakı iki günü isə mina təmizləmə sahəsində qanunvericilik və standartlar ətrafında müzakirələri əhatə edəcək.

4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü kimi ilk dəfə 2006-cı ildə BMT Baş Assambleyasında elan edilib. Hər il qeyd olunur.

XS
SM
MD
LG