Keçid linkləri

2024, 06 Oktyabr, bazar, Bakı vaxtı 23:27

İki övlad anası intihar etdi


arxiv foto
arxiv foto

-

APA-nın xəbərinə görə, hadisə fevralın 27-si rayonun Mazıx kəndində olub. Kəndin 50 yaşlı sakini Məhəbbət Umarxan qızı Səfərovanın meyiti yaşadığı evin həyətyanı sahəsində tikilmiş talvardan asılı vəziyyətdə tapılıb.

Meyidi mərhumənin həyat yoldaşının qardaşı görüb. Hadisə yerinə cəlb edilən hüquq-mühafizə orqan əməkdaşlarının apardıqları araşdırmadan sonra 50 yaşlı M.Səfərovanın intihar etdiyi deyilib. Məlumatda o da bildirilir ki, evli və iki övlad anası olan M.Səfərova son zamanlar əsəb xəstəliyindən əziyyət çəkib.

Qadın intihar edən zaman evdə tək olub. Faktla bağlı Zaqatala rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Eyni gün Lənkəran rayonunda da intihar hadisəsi olub. Lənkəranın Parakənd kənd sakini 47 yaşlı Sevda Dəmirovanın da özünü asaraq intihar etdiyi bildirilir.

«Report»un xəbərinə görə, ibtidai sinif müəlliməsi S.Dəmirova uzun müddətdir depressiyadan əziyyət çəkirmiş. Onun əvvəllər də intihara cəhd etdiyi deyilirdi. Ötən ilin oktyabrında özünü dənizə ataraq öldürmək istəsə də, müəlliməni xilas etmişdilər. Bu intihar olayını da Lənkəran prokurorluğu araşdırır.

XS
SM
MD
LG