Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:50

Gənc qız dəm qazından öldü


arxiv foto
arxiv foto

-

İsmayıllı rayon sakini Şamaxıda kirayədə yaşadığı evdə dəm qazından boğularaq ölüb.

APA-nın xəbərinə görə, hadisə fevralın 28-i səhər saatlarında Şamaxı şəhərinin H. Aslanov küçəsindəki 18 saylı evdə qeydə alınıb. İsmayıllı rayonu Qubaxəlilli kənd sakini, 22 yaşlı Aygün Mikayılova hamamda kustar üsulla quraşdırılan su qızdırıcısının nasazlığı səbəbindən dəm qazından boğularaq ölüb. 22 yaşlı qızın meyiti müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinə aparılıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Aygün Mikayılova Şamaxı Dövlət Humanitar Kollecinin ikinci kurs tələbəsi olub. Faktla bağlı Şamaxı rayon Prokurorluğu araşdırma aparır. KİV-də yazılanlara görə, təkcə fevral ayında Azərbaycanda 11 nəfər dəm qazından ölüb.

XS
SM
MD
LG