Keçid linkləri

2026, 17 İyul, cümə, Bakı vaxtı 01:03

Ramzan Kadyrov vəzifəsindən gedir

Ramzan Kadyrov
Ramzan Kadyrov

-

Çeçenistan prezidenti Ramzan Kadyrov istefa verməsinin vaxtı çatdığını deyir. Fevralın 27-də NTV televiziyasına müsahibəsində Kadyrov deyib ki, onun vaxtı keçib.

Onun sözlərinə görə, komandasında çoxlu perspektivli adamlar var. «Bizim çox yaxşı mütəxəssislərimiz var», - o, əlavə edib.

Kadyrov-un müsahibəsi müxalif siyasətçi Nemtsov-un qətlinin ildönümünə təsadüf edir.

Bəzi müxalifət nümayəndələri Nemtsov-un ölümündə Kadyrov-un əli olduğunu deyir.

Nemtsov-un qətlində şübhəli bilinərək həbs olunan 5 nəfərin hər birinin Çeçenistan və Şimali Qafqazla əlaqəsi var.

Kadyrov 2007-ci ildən Çeçenistana rəhbərlik edir.

This item is part of
XS
SM
MD
LG