Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:24

«Cənub» Qaz Dəhlizi AB üçün prioritetdir


Kəmər
Kəmər

-

«Cənub» Qaz Dəhlizi həm İtaliya, həm də ümumilikdə Avropa Birliyi (AB) üçün prioritet. Eləcə də strateji layihədir.

Bunu «Trend»ə İtaliyanın Azərbaycandakı səfiri Giampaolo Cutillo deyib.

Səfir İtaliyanın elə ilk vaxtlardan bu layihənin həyata keçirilməsinə tərəfdar olduğunu deyib: «Fevralın 29-da Bakıda keçiriləcək «Cənub» Qaz Dəhlizi üzrə Məşvərət Şurasının ikinci iclası Azərbaycandan başlayaraq bütün iştirakçı ölkələrlə səylərimizin gələcək koordinasiyasına imkan verəcək».

Diplomatın deməsinə görə, Şuranın ikinci iclasında İtaliyanı Nazirlər Şurası Rəyasət Heyətinin icraçı katibi Claudio De Vincenti təmsil edəcək.

«Cənub» Qaz Dəhlizi Xəzər regionundan Gürcüstan və Türkiyə vasitəsilə Avropaya 10 milyard kubmetr Azərbaycan qazının nəqlini nəzərdə tutur.

XS
SM
MD
LG