Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:09

MM martın 4-də nələri müzakirə edəcək?


Milli Məclis
Milli Məclis

-

Azərbaycan Milli Məclisinin martın 4-də keçiriləcək iclasının gündəliyinə 18 məsələ daxildir. APA bu xəbəri Milli Məclisə isnadən yayıb.

Xəbərə görə, həmin iclasda Ombudsmanın 2015-ci il üzrə illik hesabatı dinlənəcək. Bundan başqa, ötən ay İnzibati Xətalar Məcəlləsinə edilən bəzi dəyişikliklərə prezident veto qoyduğundan bu məsələlər təkrar müzakirəyə çıxarılacaq.

Gündəliyə həmçinin «Lisenziyalar və icazələr haqqında», «Poçt ödəniş xidmətləri haqqında» və «Kitabxana işi haqqında» qanunlara dəyişikliklər də daxil edilib.
«Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» qanuna dəyişikliklərin edilməsi də gündəlikdə duran məsələlərdəndir.

XS
SM
MD
LG