-
Bakıda 3 gün əvvəl özünü yandıran şəxs xəstəxanada ölüb.
lent.az-ın məlumatına görə, Bibiheybət qəsəbəsində üstünə benzin tökərək özünü yandıran 37 yaşlı Eldar Bəkirov bu gecə 5 saylı Şəhər Klinik Xəstəxanasının Yanıq Mərkəzində vəfat edib.
Ölüm faktı ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Eldar Bəkirovun banka borcunun olduğu bildirilirdi.
İki gün əvvəl, fevralın 24-də isə Azərbaycanda daha 3 şəxs intihara cəhd etmişdi.