Keçid linkləri

2017, 25 Yanvar, çərşənbə, Bakı vaxtı 06:03

-

«Təəssüf ki, Rusiyanın Ermənistana silah-sursat verməsi birinci hal deyil». APA-nın xəbərinə görə, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib. O, Rusiyanın Ermənistana bu yaxınlarda 200 milyon dollar dəyərində silah-sursat satılması ilə bağlı kredit ayırmasını bel dəyərləndirib.

Z.Əsgərov bildirib ki, Rusiyanın bu addımı Ermənistanla Azərbaycan arasında vəziyyəti daha da gərginləşdirir:

«Biz Xarici İşlər Nazirliyinin notasına cavab olaraq Rusiyanın bu barədə Azərbaycana obyektiv məlumat verməsini gözləyirik. Hər halda Ermənistanın indiki vəziyyətdə silahlandırılması və bundan əvvəl də bu işlərin həyata keçirilməsi Azərbaycanı narahat edir. Biz bunu düzgün addım hesab etmirik. İşğalçı dövlət olan Ermənistanın silahlandırılması vəziyyəti daha da gərginləşdirir».

Azərbaycan Xarici İşlər Nazirliyi fevralın 25-də Rusiyaya nota verib. Notada silah və hərbi texnikanın alınmasını nəzərdə tutan 200 milyon ABŞ dolları məbləğində kreditin verilməsinə dair Rusiya və Ermənistan arasında bağlanan sazişin qüvvəyə minməsi tənqid olunurdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG