Keçid linkləri

2017, 24 Aprel, Bazar ertəsi, Bakı vaxtı 15:27

-

Rusiyanın şimalında şaxta qəzasında azı iki şaxtaçı həlak olub, 28 nəfər itkin düşüb. Səbəb şaxtanın bir hissəsinin çökməsidir.

Komi vilayətində yerləşən Severnaya şaxtasının sahibi Vorkutaugol açıqlamasında bildirib ki, 80 şaxtaçı havaya çıxarılıb, qalanları axtarılır.

Vorkutaugol-un sahibi isə Rusiyanın ən böyük poladtökmə şirkətlərindən olan Severstal-dır.

Rusiyanın kömür şaxtaları dünyada çox təhlükəli sayılır.

2007-ci ildə Sibirdə, Kemerovo şaxtasında partlayışdan 108 nəfərdən çox şaxtaçı həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG