Keçid linkləri

Təcili xəbərlər
2021, 23 Aprel, Cümə, Bakı vaxtı 22:42

Obama Rusiyaya xəbərdarlıq edir


Barack Obama

-

ABŞ Prezidenti Barack Obama Rusiyaya xəbərdarlıq edib ki, fevralın 27-dən dünya Rusiyanın Suriyada atəşkəs razılaşmasına necə əməl edəcəyini izləyəcək.

“Qarşıdakı günlər çox önəmlidir və dünya Rusiyanın və Suriyadakı müttəfiqlərinin bu atəşkəsə necə əməl edəcəyinə göz qoyacaq”, Obama fevralın 25-də milli təhlükəsizlik müşavirləri ilə görüşdə deyib.

Obama atəşkəsi Rusiya və Suriya rejiminin beşillik müharibənin həllinə yönəlik daha geniş siyasi həllə sadiqliyinin “sınağı” adlandırıb.

Obama onu da deyib ki, Suriyada bəzi döyüşlərin davam edəcəyini gözləyir. Belə ki, atəşkəs İslam Dövləti (İŞİD) qruplaşması və Al Qaeda-nın Nura Cəbhəsinə aid deyil.

XS
SM
MD
LG