Rusiya prezidenti Vladimir Putin Rusiya-Belarus İttifaq Dövlətinin inkişaf etdiyini və iki ölkə arasındakı münasibətlərə xüsusi ton verdiyini deyib.
O fevralın 25-də Minskdə İttifaq Dövlətinin iclasında çıxış edərkən bildirib ki, birliyin yaradıldığı bu 20 il ərzində heç nə itiriməyib.
Kremlin məlumatına görə, İttifaq Dövlətinin 2016-cı il üçün büdcəsinin təsdiqi və xarici-siyasi təşəbbüslərin koordinasiya edilməsi iclasın gündəliyində duran əsas məsələlərdəndir.
İclasdan əvvəl Vladimir Putinlə Belarus prezidenti Aleksandr Lukashenka arasında ayrıca görüş olub.