Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:28

“YUĞ” yeni məkanda! Salamlama


Yuğ Teatrında tamaşa (Arxiv)
Yuğ Teatrında tamaşa (Arxiv)

►“Çox məkanda VAR olmuşuq...” adlı salamlamada teatrın yaradıcı heyəti ilə yanaşı, “Savalan” və “Amarok” musiqi qrupları da iştirak edəcək

Fevralın 27-də saat 16.00-da Yuğ Teatrının kollektivi yeni məkanda öz tamaşaçılarını yuğvari salama dəvət edir.

Teatrın mətbuat xidmətindən AzadlıqRadiosuna verilən xəbərə görə,

Mir Sahib Ağayevin quruluşunda təqdim olunan “Çox məkanda VAR olmuşuq...” adlı salamlamada teatrın yaradıcı heyəti ilə yanaşı, “Savalan” və “Amarok” musiqi qrupları da iştirak edəcək.

Teatr bütün media nümayəndələrini tamaşaya dəvət edir.

Mədəniyyət və Turizm Nazirliyinin müvafiq qərarına əsasən, 2016-cı ilin fevralın 1-dən teatr fəaliyyətini Dövlət Kukla Teatrının binasında davam etdirir.

Hazırda teatrda yaradıcılıq işləri davam edir.

Repertuarda olan tamaşalar yeni məkana uyğunlaşdırılır və yeni tamaşaların məşqləri gedir.

Teatrın kollektivi bir sıra beynəlxalq və ölkəmiqyaslı layihələr üzərində də çalışır. Teatr tezliklə tamaşaçılarını yeni işləri ilə sevindirəcəyini vəd edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG