Keçid linkləri

Təcili xəbərlər
2023, 03 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:40

Bakı-Novorossiysk yenidən işə düşür


Foto illüstrasiya

-

SOCAR və «Transneft» bu il martın 1-dən Azərbaycan neftinin Bakı-Novorossiysk neft kəməri ilə nəqlinə dair müqavilə imzalayıblar.

Bunu Rusiya boru kəməri monopoliyası prezidentinin müşaviri Igor Demin «Neft» İnformasiya Agentliyinə bildirib: «Müqaviləyə uyğun olaraq martın 1-dən nəqlə başlayacağıq».

Azərbaycan 1997-ci ildən öz neftini Bakı-Novorossiysk boru kəməri ilə nəql edir. Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2015-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti şimal boru kəməri ilə 1.2 mln. ton neft ixrac edib.

«Transneft» ilə ilin əvvəli üçün müqavilə olmadığından SOCAR yanvar-fevral aylarında bu marşrutla xammal ötürməyib.

XS
SM
MD
LG