Keçid linkləri

2017, 24 May, çərşənbə, Bakı vaxtı 23:51

Çexiyada ilk «Zika» yoluxması


Virusu yayan «Aedes aegypti» ağcaqanadları

-

Çexiyanın səhiyyə rəsmiləri fevralın 25-də «Zika» virusuna ilk yoluxma halını elan ediblər.

Yoluxmanın harada baş verdiyi bəlli deyil. Ağcaqanad mənşəli «Zika» Braziliya kimi ölkələrdə geniş yayılıb.

Gün ərzində əlavə bilgi veriləcəyi bildirilir.

Ümumdünya Səhiyyə Təşkilatı fevralın 1-də «Zika» virusunun yayılmasıyla bağlı beynəlxalq fövqəladə durum elan edib.

«Zika» virusunun hamiləlik dönəmi və yeni doğulanlarda doğuş qüsurları arasında bağlılıqdan şübhələnirlər.

Braziliyada minlərlə doğuş qüsuru bu virusla əlaqələndirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG