Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:20

8 işadamının həbs müddəti uzadılıb


Beynəlxalq Bank
Beynəlxalq Bank

-

Nərimanov Rayon Məhkəməsində «Azərbaycan Beynəlxalq Bankı» ASC-dən kredit götürərək qaytarmamaqda günahlandırılan daha 8 nəfər işadamının həbs müddəti üç ay artırılıb. Xəbəri «Report» yayıb.

Bununla da Beynəlxalq Bank işinə görə saxlanan və həbs müddəti uzadılan iş adamlarının sayı 11-ə çatıb.

Daha əvvəl «City Developer» MMC-nin direktoru Ratmir Bəkirov, «Azərbaycan Konsaltinq Qrup» MMC-nin rəhbəri Erhan Cavad Yavuz və «Şəki İpək Aqro» MMC-nin icraçı direktoru Cavid Muxtarovun həbs müddətləri uzadılmışdı.

Bu şəxslər 2015-ci ilin may ayında saxlanıb. Onlar barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə iş başlanıb.

XS
SM
MD
LG