Keçid linkləri

2017, 25 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 12:06

Sərhədə nəzarəti sərtləşdirirlər


Makedoniya sərhədində miqrantlar

-

Avstriya və Balkan ölkələri sərhədə nəzarətin sərtləşdirilməsinə razılaşıblar və xəbərdarlıq ediblər ki, sonucda sərhədlərini bağlaya da bilərlər.

Fevralın 24-də Vyanada keçirilən görüşdə Avstriya, Sloveniya, Xorvatiya və Bolqarıstan nazirləri Balkan ölkələrindən Albaniya, Bosniya, Kosovo, Makedoniya, Monteneqro və Serbiya ilə birgə deklarasiya imzalayıb. Sənəddə məhdudiyyətsiz miqrant müraciətlərinin baxılmasının mümkünsüzlüyü vurğulanır.

“Qərbi Balkan marşrutuyla miqrasiya axını ciddi şəkildə azaldılmalıdır”, 19 bəndlik deklarasiyada vurğulanır.

Avstriya bu yaxınlarda gündə 80 miqrantın sərhəddən buraxılması limitini tətbiq edib, ölkə ərazisindən keçməsinə icazə verilən qaçqın sayı da məhdudlaşdırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG