Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 22:31

Ukraynanın şərqində atəşkəs pozulub


Foto arxiv

Ukrayna hökuməti ilə ölkənin şərqindəki rusiyapərəst separatçılar fevralın 24-də bir-birini atəşkəs rejimini pozmaqda günahlandırıblar.

Məlumatlara görə tərəflər bir-birini minaatanlardan atəşə tutub.

Ukrayna müdafiə nazirliyinin məlumatına görə, separatçılar 24 saat ərzində hökumət qüvvələrinin mövqelərini 84 dəfə atəşə tutub.

Separatçılar isə Donetsk və Horlovka ətrafındakımövqelərinin 30 dəfə atəşə tutulduğunu deyirlər.

Ötən il əldə edilmiş Minsk sazişində atəşin dayandırılması və ağır silahların təmas xəttindən çıxarılması nəzərdə tutulur.

Son vaxtlar atəşkəsə ümumilikdə əməl edilsə də tərəflər vaxtaşırı bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

2 ildir ki, davam edən münaqişədə 9 mindən çox adam ölüb.

XS
SM
MD
LG