Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Fevral, şənbə, Bakı vaxtı 17:11

"Fənərbaxça" gülnən qarşılanıb


Foto arxiv

Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində Rusiyaya yollanan “Fənərbaxça” klubu Moskvada gül dəstəsi ilə qarşılanıb.

Bu barədə fevralın 24-də xarici idman portalları məlumat yayıb.

Qeyd edək ki, “Fənərbaxça” səfərdə keçiriləcək cavab görüşündə yerli "Lokomotiv" klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, “Lokomotiv” də Türkiyədə keçirilən ilk görüşdə İstanbulda gül dəstəsi ilə qarşılanmışdı.

Cavab görüşü fevralın 25-də Moskvada keçiriləcək. Bu komandalar arasında fevralın 17-də İstanbulda keçirilən ilk görüşdə "Fənərbaxça" 2:0 hesabı ilə qalib gəlib.

Oyundan sonra “Lokomotiv” in futbolçusu Dimitry Tarasovun köynəyini çıxararaq üzərində Rusiya prezidenti Vladimir Putinin şəkli və” Ən nəzakətli prezident” sözləri yazılmış köynəyi nümayiş etdirməsi qalmaqala səbəb olub.

Martın 17-də UEFA-nın məsələyə baxacağı gözlənilir.

Trasov 10 və daha artıq görüşdən xaric edilə bilər.

XS
SM
MD
LG