Keçid linkləri

2026, 18 İyul, şənbə, Bakı vaxtı 01:31

Evlənmək istəyən 55 nəfərdə QİÇS tapıldı

Foto illüstrasiya
Foto illüstrasiya

-

Nikaha daxil olmaq istəyən 5 min 780 nəfərdə talassemiya, 55 nəfərdə QİCS, 267 nəfərdə isə sifilis xəstəliyi aşkar edilib.

B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva «Trend»ə belə deyib.

Onun sözlərinə görə, 2015-ci ilin iyunun 1-dən bu ilin fevralına kimi nikaha daxil olmaqdan ötrü 94 min 400 nəfər qan müayinəsindən keçib. Onlardan 5 min 780 nəfərdə talassemiya daşıyıcılığı, 55 nəfərdə QİCS, 267 nəfərdə sifilis xəstəliyi aşkar edilib.

Talassemiya daşıyıcılığı 45 cütlükdə aşkarlanıb. Onlardan 3-ü evlənməkdən imtina edib, 6 evlənmiş cütlükdə isə hamiləlik müşahidə edilib.

This item is part of
XS
SM
MD
LG