Keçid linkləri

2024, 25 İyul, Cümə axşamı, Bakı vaxtı 04:29

Borcluların əşya və əmlakları satışda


Vergilər Nazirliyi
Vergilər Nazirliyi

-

Vergilər Nazirliyi vergiödəyicilərin hərraca çıxarılacaq əmlakları barədə siyahı açıqlayıb.

modern.az saytının xəbərinə görə, hərraca çıxarılan mallar içərisində stul, televizor, soyuducu, şifoner, transformator kişi və hətta qadın paltarları var. Həmçinin mallar içərisində 30 kisə gips, 32 kisə «Ağdağ» astarı, dəmir qapı, avtoyuma aparatı və Qəbələ rayonu, Böyük Pirəli kəndində mağaza binasının olduğu da göstərilir.

Eyni zamanda ilkin hərracda satılmayan və qiyməti 40 faiz aşağı salınan əmlakların da siyahısı verilib. Bunların içərisində qaymaq aparatı, kəsim aparatı, «Mercedes 220» markalı avtomobil, 40-tonluq dəmir çən, uşaq, böyük paltarları və un var.

XS
SM
MD
LG