Keçid linkləri

2017, 21 Yanvar, şənbə, Bakı vaxtı 21:57

-

«Bakı Univermağı» ASC ləğv olunduğunu elan edir. APA xəbəri Vergilər Nazirliyinə istinadən yayıb.

Məlumata əsasən, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov 33/35 ünvanına bildirə bilərlər.

Bundan başqa, Nəsimi rayonunda yerləşən «Ruzi» Ticarət Mərkəzi də ləğv edilib. Kreditorlar tələblərini 28 May küçəsi, ev 17 ünvanına bildirə bilərlər.

Azərbaycanda baş verən son devalvasiyadan sonra paytaxtın mərkəzindəki bir çox ticarət obyektləri ya bağlanır, ya da icarəyə verilir. Bu prosesin «Binə» və «Sədərək» ticarət mərkəzlərinin işinə də ciddi təsir göstərdiyi bildirilir.

XS
SM
MD
LG