Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:49

Nənələr və babalar divarları yazırlar


Lata-65
Lata-65

-

Portuqaliyada təqaüdçü yaşında insanlar üçün graffiti emalatxanaları keçirilir.

"Lata-65" - yaşlılardan ibarət bir incəsənət qrupudur. Bu layihənin təşkilatçıları əvvəl qocalara emalatxana salonlarında şəhər incəsənətinin - graffitinin sirlərini öyrədir, sonra onları Lissabonun arxa küçələrinə çıxararaq, divarları yazdırırlar.

Bununla onlar rənglərlə, sözlərlə özünü ifadə etməyin, divar yazmaq azadlığının yalnız yeniyetmələr üçün olması haqda stereotiplərimizi qırmaq istəyirlər.

Həm də yaşlılar və gənclər arasında körpü qurur, nəsillərarası sosial - mədəni uçurumu bağlamaq istəyirlər.

XS
SM
MD
LG