Keçid linkləri

Təcili xəbərlər
2021, 03 Mart, çərşənbə, Bakı vaxtı 13:34

AB humanitar böhran planı hazırlayır


Foto arxiv

Avropa Birliyi miqrant axını ilə bağlı mümkün humanitar böhrana qarşı plan hazırlayır.

Avropa Birliyinin miqrasiya məsələləri üzrə komisarı Dimitris Avramopoulos və Hollandiyanın miqrasiya naziri Klaas Dijkhoffun fevralın 23-də yaydıqları birgə bəyanatda Balkan marşurutu boyunca baş verən hadisələr və humanitar böhrandan dərin narahatlıq bildirilir.

Makedoniya Avstriyanın yeni nəzarət tətbiq etməsindən bir gün sonra-fevralın 22-də əfqan qaçqınları ölkəyə buraxmayıb.

Nəticədə Yunanıstana minlərlə qaçqn yığışıb və Afina yeni qaydalara görə Avropa Birliyinə narazılığını bildirib.

Son vaxtlar İtaliya və Yunanıstandan qaçqın axınının artdığı müşahidə olunur.

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, ilin əvvəllərindən bu yana Avropaya 100 mindən çox qaçqın gəlib.

XS
SM
MD
LG