Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:22

Milli Məclisin gündəliyi təsdiqlənib


Milli Məclis
Milli Məclis

-

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının gündəliyinə 6 məsələ daxil edilib. Müzakirəsi gözlənilən məsələlərdən biri 2016-cı il dövlət büdcəsi haqqında qanuna dəyişikliklərin edilməsidir. Bundan başqa, Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında qanununa da dəyişikliklər ediləcək.

Dəyişikliklər gözlənilən daha iki məsələ isə «Polis haqqında» və «Valyuta tənzimi haqqında» qanunlardır.

Habelə «Elm haqqında» qanun layihəsi və Z.Əsgərovun Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsinin də müzakirə ediləcəyi gözlənilir.

Yaxın saatlarda Milli Məclisin iclası başlayacaq.

XS
SM
MD
LG