Keçid linkləri

2017, 21 Oktyabr, şənbə, Bakı vaxtı 07:30

Tələbələrə kreditlər veriləcək


-

Tələbələrə təhsil haqlarının ödənilməsi məqsədi ilə kreditlər veriləcək. Lent.az-ın xəbərinə görə, prosesə gələn tədris ilindən başlanması nəzərdə tutulur. Bu, Azərbaycanda yeni yaradılan "Maarifçi" fondunun fəaliyyəti nəticəsində mümkün olacaq.

Fonda artıq Təhsil Nazirliyinin nəzdində olan 11 ali təhsil müəssisəsi cəlb edilib. Bakı Dövlət Universiteti bir tədris ili ərzində 50 belə kreditin verilməsini öhdəsinə götürüb. Amma qiymətləndirmə, hansı tələbənin bu krediti ala biləcəyi universitet deyil, Fond tərəfindən müəyyənləşir. Meyarların yaxın 2 ay ərzində açıqlanması gözlənilir.

Gələcəkdə prosesə digər ali təhsil müəssislərinin də qoşulacağı nəzərdə tutulur.

Bu, Azərbaycanda ilk belə layihədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG