Keçid linkləri

Təcili xəbərlər
2021, 13 May, Cümə axşamı, Bakı vaxtı 09:56

Kaladze: «Hakim koalisiya dağıla bilər»


Kakha Kaladze

Hakim «Gürcü Arzusu» koalisiyası dağıla bilər.

Bunu fevralın 22-də keçirdiyi mətbuat konfransında Gürcüstanınenergetika naziri Kakha Kaladze deyib.

Amma o qeyd edib ki, koalisiyanın bu il keçiriləcək parlament seçkisində əvvəlki tərkiblə iştirak edəcəəyi güman edilir.

RİA Novostinin məlumatına görə Kaladze deyib ki, bu gec-tez baş verəcək və koalisiya dağılacaq, amma brda faciəli heç nə yoxdur.

Hakim koalisiyanın dağılmasının mümkünlüyü hazırda yerli KİV-lərin əsas müzakirə mövzusuna çevrilib.

Məlumatlara görə, hakim koalisiyaya daxil olan bir neçə partiya arasında narazılıq yaranıb.

XS
SM
MD
LG