Keçid linkləri

Təcili xəbərlər
2021, 08 Mart, Bazar ertəsi, Bakı vaxtı 16:55

Bu mallar gömrük rüsumundan azad olunur


-

Elmi tədqiqatlar aparmaq üçün Azərbaycana gətiriləcək bütün avadanlıqlar gömrük rüsumundan azad ediləcək. Bura başqa ödəmələr də daxildir.

Parlamentdə qəbul edilməsi gözlənilən “Elm haqqında” qanunda belə nəzərdə tutulur.

APA-nın xəbərinə görə, qanun layihəsi ikinci oxunuşda yenidən müzakirələrə hazırlanır. Qanun layihəsinə əsasən, elmi qurumların ölkəyə tədqiqatlar aparmaq, qrant layihələrində istifadə etmək məqsədilə gətirdikləri avadanlıq, cihaz, qurğu, dəzgah, reaktiv və digər vasitələr gömrük rüsumundan azad edilir.

Qanun layihəsi fevralın 23-də parlamentin plenar iclasında müzakirəyə çıxarılacaq.

Həmin gün yenilənən dövlət büdcəsi də müzakirə edilməlidir.

Recommended

XS
SM
MD
LG