Keçid linkləri

2026, 25 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 21:15
İran seçki
İran seçki

AzadlıqLive - Prezident tərəfdarları seçkini udur

Azərbaycanda və dünyada baş verən hadisələri burdan izləyin

15:35 23.2.2016

Regionda qaz yarışı

İran, Rusiya və Azərbaycan Gürcüstana qaz ixracı məsələsində üz-üzə gəlir. Təbii qazın qiyməti ucuzlaşdıqca, Xəzər dənizi təchizatçıları arasında yarışma da sürət yığır. oilprice.com saytı eurasianet.org-un məqaləsini dərc edib.

16:36 23.2.2016

İlham Əliyev İranda nədən danışdı?

“Azərbaycan həmişə İrana qarşı sanksiyaların əleyhinə olub və öz sözünü bütün yüksək səviyyədən ifadə edib”.

Prezident İlham Əliyev iranlı həmkarı ilə görüşdən sonra belə deyib.

16:38 23.2.2016

Büdcə yeniləndi

Yenilənən dövlət büdcəsinin gəlirləri - 16 milyard 822 milyon, xərcləri - 18 milyard 495 milyon manat olacaq.

Fevralın 23-də Milli Məclis büdcəyə dəyişiklikləri təsdiqləyib.

APA-nın xəbərinə görə, bu ilə dəqiqləşdirilən xərclər təsdiqlənmiş proqnozdan 13.7 faiz çoxdur. Yenilənib-dəqiqləşdirilən builki dövlət büdcəsi kəsirinin yuxarı həddi 1 milyard 673 milyon manat olacaq.

Yenilənən dövlət büdcəsində xam neftin satış qiyməti əvvəlkində 2 dəfə az - 25 dollar səviyyəsində götürülüb

16:52 23.2.2016

Prezidentlər 11 sənəd imzalayıb

Prezident İlham Əliyevin İrana səfəri çərçivəsində tərəflər arasında 11 sənəd imzalanıb. Bu səsnədlər hansı sahələrə aiddir?

Davamı

XS
SM
MD
LG