Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:59

Avropada ən çox silah alan Azərbaycandır


Bakıda hərbi parad - 2011
Bakıda hərbi parad - 2011

-

Azərbaycan Avropanın ən böyük silah idxalçısıdır. «Report» xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Problemləri Tədqiqatı İnstitutu (SIPRI) fevralın 22-də açıqladığı növbəti hesabatında məlumat verib.

Hesabatda deyilir ki, 2011-2015-ci illərdə Avropaya silah idxalı əvvəlki 5 illiklə (2006-2010) müqayisədə 41 faiz azalıb. Bu da əsasən Yunanıstan və İspaniyada baş verən iqtisadi proseslərlə bağlı olub.

Bununla belə, Azərbaycan Avropa ölkələri arasında ən böyük silah idxalçısı olaraq qalır. Əvvəlki 5 illiklə müqayisədə 2011-2015-ci illərdə Azərbaycanın silah tədarükü artıb. Avropanın ən böyük ikinci silah idxalçısı isə, əvvəl olduğu kimi, Böyük Britaniyadır.

Ən böyük silah ixracatçılarına gəlincə, burada ABŞ və Rusiya liderliyini qoruyur.

2004-cü ildən etibarən silah ticarətinin həcmi daim artıb. 2011-2015-ci illərdə ötən beş illik müddətlə müqayisədə 14 faiz artım müşahidə edilib. 2011-2015-ci illərdə ən böyük ixracatçı ölkələr ABŞ, Rusiya, Çin, Fransa və Almaniya olub. Silah satışının 74 faizi bu ölkələrin payına düşür.

Həmçinin baxın - AzadlıqRadiosunun Youtube kanalından izləyin:

XS
SM
MD
LG