Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:45

ABŞ Liviyada İŞİD-i bombalayıb


F-22
F-22

-
ABŞ Liviyada İŞİD-ə aid olduğu bildirilən hədəfləri bombalayıb.

Liviyanın qərbində yerləşən Sabratada həyata keçirilən hava hücumunda 40-dan artıq terrorçu öldürülüb.

Pentaqonun sözçüsü Peter Cook bildirib ki, terrorçulara qarşı bu hücum sonuncu olmayacaq.

Yerli mənbələr isə bildirib ki, Tunislə sərhəddə yerləşən şəhərdə binanın bombalanması nəticəsində namaza yığışan bir qrup şəxs ölüb.

İŞİD keçən il Liviyanın devrilmiş lideri Muammar Gaddafi-nin doğma şəhəri olan Sirti ələ keçirib. Son vaxtlar Suriya və İraqdan qaçan İŞİD liderlərinin Liviyaya yerləşdiyi haqda məlumatlar yayılıb.

XS
SM
MD
LG