Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:26

Müharibə 580 min uşağı «vurub»


Donbas
Donbas

-

Ukraynadakı münaqişə cəbhə bölgəsində və hökumətin nəzarətindən çıxmış şərq vilayətlərində 580 min uşağa bu və ya digər dərəcədə təsir göstərib. Onlardan 200 mini psixi-sosial dəstəyə ehtiyac duyur.

Məlumatı UNICEF yayıb.

Məlumatda deyilir ki, hərbi əməliyyatlar nəticəsində 200 mindən artıq uşaq məcburi köçkün vəziyyətinə düşüb. Münaqişə zonasında hər 5 məktəbdən, azı, 1-i dağılıb. İnfrastrukturun dağılması və səhiyyə sisteminin iflası səbəbindən Polio xəstəliyi yayılıb. Havaların soyuq keçdiyi bir vaxtda yanacağın çatışmaması üzündən uşaqlarda tənəffüs yolu xəstəlikləri riski xeyli artıb.

Təşkilatın Ukraynadakı nümayəndəsi Giovanna Barberis bütün münaqişə tərəflərini köməyə ehtiyacı olan uşaqlara yardım edəcək heyətin ölkə daxilində təhlükəsiz hərəkətini təmin etməyə çağırıb.

XS
SM
MD
LG