Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:22

Ov müddəti uzadılıb


Ovçu
Ovçu

-

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ov Məsələləri Üzrə Elmi Koordinasiya Şurasının növbədənkənar iclası keçirilib.

Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iclasda tənzimlənən ovun təbiətdə balansın qorunmasında və ziyanverici növlərin sayının azaldılmasında rolu müzakirə edilib.

Bir sıra vəhşi quşların (ördək, qaşqaldaq, qaz) çoxalma dövrünün daha sonrakı dövrlərə təsadüf etməsi səbəbindən onların ov müddətinin uzadılması lazım bilinib. Həmçinin bəzi heyvanların (bataqlıq qunduzu, yenot, çaqqal ) ziyanverici olması və bu səbəbdən onların ovuna ilboyu icazə verilməsinin zəruriliyi qeyd olunub.

Bununla da ölkə ərazisində ov mövsümünün martın 10-na kimi uzadılması haqqında qərar verilib. Üstəlik, qərara alınıb ki, çaqqal, bataqlıq qunduzu və yenot kimi növlərin ilboyu ovlanmasına qadağa qoyulmasın.

XS
SM
MD
LG