Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:54

Zaqatalada evdə partlayış olub


Yanğın. Foto illüstrasiya.
Yanğın. Foto illüstrasiya.

-

Fevralın 20-nə keçən gecə Zaqatalanın Danaçı kəndində İsmayıl Yumuxova məxsus ikimərtəbəli evdə alovla müşahidə edilən partlayış baş verib. Partlayış evin birinci mərtəbəsində yerləşən qarışıq mallar mağazasında olub.

Xəbəri APA yayıb.

Partlayış baş verən zaman yaranan alovdan İsmayıl Yumuxov və Cəbrayıl Kaştayev yanıq xəsarətləri alıblar.

Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Nazirliyin Dövlət Yanğından Mühafizə Hissəsindən bildirilib ki, partlayışa səbəb qaz sızmasıdır.

XS
SM
MD
LG