Keçid linkləri

2026, 11 İyul, şənbə, Bakı vaxtı 16:26

İstehsal azala-azala gedir

Sənaye
Sənaye

-

Yanvarda Azərbaycanda sənaye məhsullarının istehsalının həcmi 2.1 milyard manat olub. Bu, 2015-ci ilin yanvarı ilə müqayisədə 3.1 faiz azdır.

«Turan»ın xəbərinə görə, ötən ay hasilat sənayesində əmtəə məhsullarının istehsalı 3.5 faiz azalıb.

Yanvarda ərzaq məhsullarının istehsalı 2.1, ağac məmulatlarının 18.8, siqaretin 38.2, metallurgiya məhsullarının 6.9, mebelin istehsalı isə 68.6 faiz artıb.

Bəzi sənaye sektorlarında istehsalat həcmi nəzərəçarpacaq dərəcədə azalıb. Onların arasında kimya sənayesi (-21.4 faiz), rezin-plastik məmulatlar (-40.6 faiz), tikinti materialları (-53.6 faiz) və geyim (41.3 faiz) var.

Neft sektorunda istehsalat 3.5, qeyri-neft sektorunda 0.3 faiz azalıb.

This item is part of
XS
SM
MD
LG