Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:24

İtkin düşmüşlərin taleyi müzakirə olundu


Qızıl Xaç
Qızıl Xaç

-

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev fəaliyyət müddətinin bitməsi ilə əlaqədar Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri Denise Duran ilə görüşüb.

«Report»un xəbərinə görə, görüşdə nümayəndəliyin yeni rəhbəri Elena Ajmone Sessera da iştirak edib.

M.Quliyev Denise Duran-a gələcək fəaliyyətində uğurlar arzulayıb. Görüşdə əsir-girov və itkin düşmüş şəxslərin taleyindən də bəhs edilib. Bu sahədə fəaliyyətin daha da intensivləşdirilməsi əsas prioritet sayılıb.

Dövlət Komissiyasının məlumatına görə, ümumilikdə əsir-itkin və girov götürülən şəxslərin sayı 4 mindən çoxdur.

XS
SM
MD
LG