Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 20:16

XDMX-in səlahiyyəti artırılıb


İlham Əliyev
İlham Əliyev

-

Prezident «Xüsusi Dövlət Mühafizə Xidməti haqqında Əsasnamə»də dəyişiklik edilməsi barədə fərman imzalayıb. AZƏRTAC-ın yaydığı fərman fevralın 18-də imzalanıb.

Bu fərmanla əsasnaməni «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında» özünün ötən il oktyabrın 2-də imzaladığı fərmana uyğunlaşdırır.

Həmin fərmanla isə Xüsusi Dövlət Mühafizə Xidmətinə (XDMX) rabitə şəbəkələrində əməliyyat-axtarış tədbirlərinin təminatına dair texniki-təşkilati şərtlərin müəyyənləşdirilməsi sahəsində səlahiyyət verilirdi.

Əvvəl bu səlahiyyətləri ləğv edilən Milli Təhlükəsizlik Nazirliyi həyata keçirib. Rabitə şəbəkələrində əməliyyat-axtarış tədbirlərini isə Milli Təhlükəsizlik və Daxili İşlər nazirlikləri avtonom rejimdə istismar olunan avadanlıqlar tətbiq edilməklə həyata keçiriblər. Dövlət başçısının bu fərmanı ilə isə bu sahədə səlahiyyət bölgüsü yenidən aparılıb.

Fərmanda qeyd edilib ki, rabitə xidmətləri göstərən hüquqi və fiziki şəxslər üçün rabitə şəbəkələrində əməliyyat-axtarış tədbirlərinin təminatına dair texniki-təşkilati şərtlərin müəyyənləşdirilməsini Milli Təhlükəsizlik Nazirliyi (o vaxt bu nazirlik ləğv edilməmişdi-AR) həyata keçirsin. Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid olan hissədə isə bu nazirlik ilə razılaşdırılmaqla həmin funksiyanı Xüsusi Dövlət Mühafizə Xidməti (XDMX) yerinə yetirsin.
2015-ci ilin dekabrında Milli Təhlükəsizlik Nazirliyinin əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb. Milli Təhlükəsizlik Nazirliyinin səlahiyyətləri bu qurumlar arasında bölüşdürülüb.

XS
SM
MD
LG