Keçid linkləri

2024, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:24

Bizdə o ağcaqanaddan yoxdur - Nazirlik


Aedes aegypti
Aedes aegypti

-

«Azərbaycanda «Zika» virusunun yayılma ehtimalı yoxdur. Çünki Azərbaycanda bu xəstəliyin viruslarını yayan ağcaqanadların «Aedes aegypti» növü yoxdur».

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva «Trend»ə açıqlamasında belə deyib. Onun deməsinə görə, virus yayan ağcaqanad növü tropik ölkələr üçün xasdır.

Tropik olmayan Rusiyada «Zika» virusunun yayılmasına gəlincə, A.Əliyeva bunun başqa ölkədən keçmə nəticəsində qeydə alındığını deyib.

«Azərbaycanda virusun yayılması üçün şərait yoxdur. Hazırda havalar soyuqdur, ağcaqanadların aktiv dövrü deyil. Azərbaycanda bu xəstəliyin yayılması qeyri-mümkündür. Virusun ölkəyə gətirilməsi halı olarsa, bu, mütləq aşkar olunacaq» - deyə A.Əliyeva bildirib.

«Zika» virusuna yoluxma keçən ilin may ayında Braziliyada qeydə alınmışdı. Virus hazırda dünyanın 20-dən çox ölkəsinə yayılıb. Ümumdünya Səhiyyə Təşkilatı virusun Qərb yarımkürəsində sürətlə yayılacağını proqnozlaşdırır. Fevral ayında Rusiyada da «Zika» virusu tapılıb.

XS
SM
MD
LG