Keçid linkləri

Təcili xəbərlər
2021, 18 Sentyabr, şənbə, Bakı vaxtı 23:27

«Azərbaycan xalqı türk xalqının yanındadır»


İlham Əliyev

-

«Bu ağır günlərdə Azərbaycan xalqı hər zaman olduğu kimi Türk xalqının yanındadır».

«Anadolu» agentliyinin xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu-nu qəbul edərkən söyləyib.

Türkiyə xarici siyasət idarəsinin rəhbəri fevralın 18-i səhər saatlarında Bakıya gəlib.

E.MƏMMƏDYAROV: «TERRORUN BÜTÜN FORMALARINI QINAYIRIQ»

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Ankarada baş verən və çoxsaylı insan tələfatına səbəb olan terror aktı ilə əlaqədar türk xalqına başsağlığı verib.

Bu barədə E.Məmmədyarov Bakıda səfərdə olan Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında danışıb.

«Report»un xəbərinə görə, Azərbaycan xarici siyasət idarəsinin rəhbəri deyib:

«Bizim mövqeyimiz açıq və aydındır. Biz terrorun bütün forma və təzahürlərini qınayırıq. Terror qurbanlarının ailələrinə başsağlığı veririk, yaralananlara isə ən qısa zamanda şəfa tapmağı arzulayırıq».

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG