Keçid linkləri

2024, 07 Dekabr, şənbə, Bakı vaxtı 04:23

Neft birdən 25 dollar olsa...


Məscid
Məscid

-
Ölkədə sahibkarların problemləri medianın aparıcı mövzusudur.

AZƏRBAYCAN MODELİ, AZƏRBAYCAN NÜMUNƏSİ ÖYRƏNİLİR

Rəsmi qəzetlər dövlət başçısı İlham Əliyevin Gəncə səfərini geniş işıqlandırıblar. «Azərbaycan» qəzetindən prezidentin «İmamzadə» kompleksinin açılışındakı çıxışından oxuyuruq:

«Azərbaycanda din-dövlət münasibətləri yüksək səviyyədə tənzimlənir, həll edilir. Cəmiyyətimizin, ölkəmizin, dayanıqlı inkişafı üçün dövlət-din münasibətlərinin böyük əhəmiyyəti var. Azərbaycan modeli, Azərbaycan nümunəsi öyrənilir, Bizim bu istiqamətdəki siyasətimiz artıq özünü həm ölkəmizdə, həm də dünyada təsdiq edib».

HÖKUMƏT LAYİHƏLƏRİN İCRASI ZAMANI QƏNAƏTƏ KEÇMƏLİDİR

«Neftin qiyməti 25 dollar olarsa, Azərbaycanda nə baş verər».
«Yeni Müsavat» qəzeti bu sual ətrafında ekspertlərin dəyərləndirmələrini bölüşür.

İqtisadçı ekspert Azər Mehdiyev deyib ki, bu məsələdə dövlət büdcəsinin neftdən asılılığı böyük rol oynayır:

«Heç kimə sirr deyil ki, dövlət büdcəsinin 60-70 faizi neft gəlirləri hesabına formalaşır. Bu baxımdan büdcə xərcləri də neftin yüksək qiymətinə hesablanmışdı. Büdcədən həyata keçirilən bütün infrastruktur, idman, sosial və digər layihələr məhz neft gəlirləri hesabına həyata keçirilirdi. Manatın devalvasiyası nəticəsində bu layihələri saxlamaq imkanı olsa da, reallıqda işlər ciddi şəkildə azalacaq. Çoxlu sayda böyük layihələrin həyata keçirilməsi demək olar ki, mümkünsüzdür».

Azər Mehdiyev
Azər Mehdiyev

Ekspert qeyd edir ki, neft gəlirlərinin bol olduğu vaxtda layihələrin xərcləri dəfələrlə şişirdilirdisə, indi bu işlər minimum xərclərlə həyata keçiriləcək:

«Söhbət layihələrin sayının deyil, həm də sanbalının azaldılmasından gedir. Ona görə ki, bu layihələr daha ciddi şəkildə əsaslandırılmalıdır. Daha real layihələr həyata keçirilməlidir. Bu səbəbdən də neft gəlirlərinin azaldığı bir dövrdə hökumət bu layihələrin icrası zamanı qənaət rejiminə keçməlidir».

Azər Mehtiyev neftin 25 dollara düşməsinin dolayı təsirlərindən də danışır:
«Neft 25 dollara düşsə, Azərbaycanda iqtisadi fəallığın azalması qaçılmaz olacaq. Çünki iqtisadi fəallığın əsasını neft gəlirləri təşkil edirdi. İqtisadi fəallığın azalması isə vergi daxilolmalarından formalaşan büdcə gəlirlərinin də azalmasına gətirib çıxaracaq».

DÖVLƏT VƏZİFƏSİNİ ÖZ «XANLIQ»INA ÇEVİRƏNLƏR…

«İnhisar və məmur özbaşınalığı Azərbaycan biznesinin başlıca bəlası olaraq qalır. Yeri gəlmişkən nə qədər qəribə olsa da, hökumət bu faktı etiraf edir. «Arxası» olmayan yerli sahibkarların yolunda süni maneələr yaradılır. Bu da bir çoxlarında Azərbaycanda bizneslə məşğul olmağa, bəzilərində isə biznesə başlamağa marağı sıradan çıxarır».

Nazirlər
Nazirlər

Bunu «Novoye Vremya» qəzeti yazır.

Müəllif R.Vəliyev «Hökumət neftin qiymətinin qalxmasını gözləyir» adlı məqaləsində hökumətin Neft Fondunu boşaltmaqda olduğunu bildirir:

«Bu, birtərəfli bilet almaq kimidir. Aydındır ki, vergi və məhkəmə sistemində kardinal islahatlar olmalıdır ki, korrupsiyanı total şəkildə ləğv edəsən. Amma köhnə düşüncə ilə islahatları həyata keçirmək mümkün deyil. Artıq hakimiyyətin düşünmək vaxtıdır».

Müəllif yazır ki, hamı neft fontanlarının hesabına yaşamaq istərdi. Amma möcüzə olmur:

«Demək islahatları həyata keçirmək lazımdır. Buna da Rasizadə hökuməti hazır deyil. 15-20 ildir ki, vəzifə kreslosunda oturan məmurlar reallıqla əlaqəni çoxdan itiriblər. Dövlət vəzifəsini öz «xanlıq»ına çevirənlər şəxsi ciblərinə yox, dövlətə xidmət etməyə məsul olduqlarını unudublar. Görünür heç nəyə məsuliyyət daşımamaq vərdişi məmurlarda belə davranış yaradıb. Elə nəyisə dəyişmək arzusunun olmaması da bundan doğur».

XS
SM
MD
LG