Keçid linkləri

Təcili xəbərlər
2021, 14 May, Cümə, Bakı vaxtı 17:44

İran bankları qlobal sistemə qoşulur


Tehran, arxiv fotosu

-

İran bankları SWIFT beynəlxalq ödəniş sisteminə yenidən qoşulmağa başlayır. Son 4 ildə ilk dəfə olaraq beynəlxalq transferlər bərpa olunur.

Yanvarın 16-da İrana beynəlxalq sanksiyalar qaldırılıb. Fevralın 13-dən İran Mərkəzi Bankı və daha 15 bank SWIFT-i bərpa etmək imkanı qazanıb.

Bankların beynəlxalq transfer edə bilməməsi artıq siyasi bir məsələyə çevrilmişdi. Mühafizəkar tənqidçilər şikayətlənirdilər ki, dünya gücləri ilə əldə olunmuş nüvə sazişi Prezident Hassan Rohani-nin verdiyi vədləri doğrultmur.

Bank məhdudiyyətləri Avropaya neft göndərişlərinin bərpasını da yavaşıtmışdı.

XS
SM
MD
LG