Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:18

Erdoğan Gəncəyə yox, Bakıya gələcək


R.T.Erdoğan

-

Türkiyə prezidenti Recep Tayyip Erdoğan-ın Gəncəyə fevralın 18-nə planlaşdırılan səfəri təxirə düşüb.

ANS Türkiyənin Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, səfərin təxirə düşməsi havanın dumanlı olması ilə əlaqədardır:

«Türkiyə prezidentinin təyyarəsi sabah Gəncəyə deyil, birbaşa Bakıya gələcək. Havanın dumanlı olması ilə əlaqədar, Gəncədə planlaşdırılan görüş də, çox güman ki, Bakıda keçiriləcək» - deyə səfirlikdən bildiriblər.

Türkiyə prezidenti fevralın 18-də Azərbaycana səfər edəcək. Onun Gəncədə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak edəcəyi planlaşdırılırdı.

XS
SM
MD
LG